Bəzi dövlət orqanlarında yaxın dost-tanışın vəzifəyə təyin edilməsi narahatlıq doğrur- ÖZƏL

"Bəzi dövlət orqanlarında yaxın qohum-dost-tanışın vəzifəyə təyin edilməsi, peşəkar kadrların kənarlaşdırılması halları ilə bağlı iddialar narahatlıq doğrur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Ancaq cənab Prezidentin mövqeyi qətidir: kadr seçimi etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz insanlara əsaslanmalıdır. Buradakı "etibarlılıq" şəxsi maraq və ya özünüqoruma deyil, dövlətçiliyə sədaqətdir.
Dövlət qurumlarında elə kadr sistemi qurulmalıdır ki, ən ucqar kənddə belə yüksək potensialı olan gənc mərhələli şəkildə yüksəlib rəhbər vəzifələrə gəlib çıxsın və bu sistem heç bir rəhbərin dəyişməsindən asılı olmasın. Bu, dövlətçiliyimizin dayanıqlılığı və gələcəyi üçün ən vacib şərtdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31