Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır- ÖZƏL
14:26 Siyasət"Ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolu var". "Olaylar" xəbər verir ki, bunu YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva deyib: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib. Bu gün məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni zirvələr fəth edir. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31