Hikmət Hacıyev Benilüks ölkələrinin rəsmiləri ilə görüşdü

Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib və səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

Bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində təşkil olunan danışıqlarda Benilüks ölkələrinin regional sülh və əlaqəlilik gündəliyində mümkün iştirakına xüsusi diqqət yetirilib.

"Hikmət Hacıyevə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Milli Məclisə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və digərlərinə səmərəli əlaqələr üçün təşəkkür edirik", - nazirliyin məlumatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31