Rəsmi İrəvan Bakıya cavab verə bilmir
14:04 Siyasətİrəvan hələlik Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan-Aİ sənədinə münasibətini şərh etməyə hazır deyil.
Olaylar.az bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını indiki mərhələdə şərh etməyə hazır deyil, çünki o, həmkarları ilə müzakirə etmədən hər hansı bir qiymət vermək istəmir.
Simonyan bu sənədin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini ləngidə biləcəyinə inanmır. İddia edib ki, Bakı ilə iş bütün istiqamətlərdə davam edir.
Qeyd edək ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə sərsəm iddiaların əksini tapması rəsmi Bakı tərəfindən kəskin etiraza səbəb olub və bununla bağlı bəyanat verilib.