Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib- ÖZƏL
12:57 Siyasət"Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31