Bu, qlobal münaqişələr kontekstində uğur hekayəsidir – Hikmət Hacıyev

Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə "Euronews"a müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir.

Hikmət Hacıyev "iki ölkə arasında münaqişə fəslinin başa çatdığını" vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31