Azərbaycan etibarlı enerji tərəfdaşıdır- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin yalnız mövcud vəziyyətini qiymətləndirmək baxımından deyil, həm də gələcək əməkdaşlıq xəttinin formalaşdırılması baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Slovakiyanın ali dövlət rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirildi, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri ətraflı müzakirə olundu və münasibətlərin strateji çərçivədə inkişafı üçün yeni imkanlar müəyyən edildi"."Olaylar" xəbər verir ki, bunu YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib: "Görüşlərdən sonra Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə birgə mətbuat üçün bəyanatı iki ölkə arasında siyasi dialoqun mahiyyətini və dinamikliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək prinsipləri əsasında möhkəmlənir. Bu münasibətlər təkcə rəsmi səviyyədə deyil, həm də iqtisadi, humanitar və regional təhlükəsizlik kontekstində strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında enerji sahəsi xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycan qazının artıq Slovakiyaya çatdırıldığını bildirərək, bunun Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O xatırlatdı ki, Cənub Qaz Dəhlizi bu gün qitənin enerji şaxələndirilməsi strategiyasında aparıcı rol oynayır və Azərbaycan uzunmüddətli, etibarlı enerji tərəfdaşı kimi öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bu mesaj həm də Azərbaycanın Avropa İttifaqına inteqrasiya edən ölkələrlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinin siqnalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31