Deputatlarımız üç ölkə parlamentinin qərəzli qətnaməsinə etiraz ediblər- ÖZƏL
11:16 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər Nazirliklərinin siyasi baş direktorları, eləcə də Benelüks ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu barədə müzakirə aparılıb. Bu barədə "Olaylar"a Milli Məcisin deputatı Rizvan Nəbiyev məlumat verib: "Görüşdə aktual regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri barədə ətraflı fikir mübadiləsi etdik.
Həmçinin hər üç ölkənin parlamentində İkinci Qarabağ müharibəsindən sonra qəbul olunmuş və regiondakı yeni siyasi reallığı və sülh imkanlarını təhrif edən qərəzli qətnamələrlə bağlı narahatlığımızı ifadə etdik. Həmsöbətlərimizin Bakıya səfərini yüksək dəyərləndirərək ikitərəfli münasibətlərə dair dialoqun müxtəlif platformalarda davam etdirilməsinin vacibliyini bölüşdük".