"Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir" - ÖZƏL
9 Dekabr 2025 14:54 SiyasətYardımlı rayon Tarix - Diyarşünaslıq Muzeyində Yardımlı rayon Peşə Məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə 12 Dekabr Ümummilli Lider Heydər Əiyevin anım günü ilə bağlı "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müstəqil Azərbaycan dövlətinin banisi və memarı, dahi lider və dünya şöhrətli siyasətçi, dövlət xadimi olan Umummilli Lider Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışılıb. Ümummilli lider Heydər Əliyevin qoyduğu siyasəti onun layiqli davamçısı, cənab İlham Əliyev uğurla və layiqincə davam etdirir.
Sonda tədbir iştirakçılarına muzeydə ekskursiya təşkil olunub.