Fazil Mustafa növbəti vətəndaş qəbulunu keçirib
22:26 SiyasətMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsi daxilində yaşayan sakinlərlə yanaşı, digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.
Görüş zamanı deputat müraciət edən vətəndaşları fərdi qaydada dinləyib, onların qaldırdığı məsələlərlə yaxından tanış olub. Müraciətlər əsasən məşğulluq, sosial müdafiə, təhsil, səhiyyə, əfv və digər sosial məsələlərlə əlaqəli olub.
Qaldırılan problemlərin deputatın səlahiyyətinə aid olan hissəsi operativ şəkildə, yerində həll edilib, bir sıra məsələlərlə bağlı vətəndaşlara zəruri izahatlar verilib. Qanunvericiliyə uyğun olaraq digər müraciətlərlə isə aidiyyəti üzrə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.