Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarımızı genişləndirəcəyik.

Bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

"Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31