Tramp Paşinyana məktub göndərdi: “Əliyevlə birlikdə…”
16:46 SiyasətABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyana məktub göndərib.
Olaylar.az xəbər verir ki, Tramp Ermənistan liderinə təşəkkür edib.
"Hörmətli Baş nazir, mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürməyinizlə bağlı Sizin və Prezident Əliyevin birgə məktubuna görə Sizə təşəkkür edirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və bu, bizi mühüm missiyamızı davam etdirməyə ruhlandırır.
Birləşmiş Ştatların Prezidenti kimi mən dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülh və firavanlığı təmin etməyə sadiqəm. Davamlı tərəfdaşlığınızla biz qeyri-mümkünə nail olacağıq", - Tramp məktubunda bildirib.
Qeyd edək ki, Tramp bənzər məktubu bir qədər əvvəl Prezident İlham Əliyevə də göndərmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31