Dövlətə xəyanət edən şəxslər bağışlana bilməz
15:51 SiyasətMüasir dünyada dövlət təhlükəsizliyinin təmin edilməsi aktual olduğu qədər də qlobal problemə çevrilib. Xüsusən, inkişaf etməkdə olan, münaqişələr girdabında yaşayan dövlətlər üçün milli təhlükəsizlik məsələsi vacibdir. Daxili və xarici təhdidlər təhlükəsi olan dövlətlər heç şübhəsiz ki, müvafiq tədbirlər görmək zorundadır. Gizli çevrilişlər planlarında "sapı özündən olan" qüvvələrin yer alması isə daha təhlükəlidir. Bu xislətdə olan insanlar tarix boyu olub, bundan sonra da olacaq. Məsələ dövlət idarəçiliyi, əhalinin sosial rifahı, demokratiya, fundamental insan hüquq və azadlıqlarının təmin olunması istəyində yox, siyasət aləminə baş vuran insanların xislətindədir. Hakimiyyətdə kimin olmasından, hansı uğurların əldə edilməsindən asılı olmayaraq bu tip insanların amalı nəyin bahasına olursa olsun hakimiyyətə gəlməkdir. Düzdür, siyasətçinin qarşısına qoyduğu əsas məqsəd hakimiyyətə gəlməkdən ibarətdir, ancaq bunun da qanuni, bəşəri dəyərlərə söykənən yolları var. Vətənə, millətə, dövlətə xəyanət üztündə hakimiyyətə gələn siyasətçi heç bir halda vətəndaşlarına mili-mənəvi dəyərlərə əsaslanan hakimiyyət bəxş edə bilməz. Ən yaxşı halda hansısa super gücün vassalına çevrilər.
Son günlər ölkə ictimaiyyətinin diqqət mərkəzində olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir neçə partiya funksionerinin saxlanılması ilə bağlı aparılan istintaq tədbirləridiri fikrimizi bird aha təsdiqləmiş olur. Belə ki, cari ilin oktyabr ayında Ramiz Mehdiyevlə bağlı başlanmış istintaq çərçivəsində müxtəlif şəxslərin ifadələrinin alınması, müəyyən istiqamətlər üzrə araşdırmaların aparılması və ayrı-ayrı ünvanlarda axtarış tədbirlərinin keçirilməsi barədə rəsmi məlumatlar yayımlanıb. Bu istintaqın bir hissəsi kimi AXCP sədri Əli Kərimli ilə bağlı da prosedurlar həyata keçirilib, onun evində axtarış aparılıb və aidiyyəti qurumlar tərəfindən istintaqa cəlb edilib. Rəsmi məlumatlara əsasən, Əli Kərimli və ona yaxın olan bir partiya funksioneri istintaq çərçivəsində həbs edilib.
Sirr deyil ki, Ramiz Mehdiyev faktoru uzun illər boyu dövlət idarəetməsində gizli mövqeyini qorumaqla müəyyən siyasi qrupları idarə edib, bəzi süni gərginliklər yaradıb. Onun fəaliyyəti daxildəki və xaricdəki nüfuz müvəkkilləri vasitəsilə siyasi prosesləri yönləndirməsi milli maraqlara xidmət etməyib. Bu kontekstdə AXCP-nin radikal çıxışları və siyasi kəskinliyi ilə tanınan mövqelərinin müəyyən məqamlarda Mehdiyevin təsir mexanizmlərinin bir hissəsi olması ehtimalını gündəmə gətirir. Hələ 2013-cü il prezident seçkilərindən bəri Əli Kərimlinin "müxalif oliqarxlar ittifaqı" çərçivəsində Rusiya xətti üzrə əlaqələr qurmağa çalışması barədə məlumatlar onun Ramiz Mehdiyev koalisiyasına daxil olduğunu təsdiqləyir.
"Milyarderlər İttifaqı" adı altında fəaliyyət göstərərək Azərbaycan xalqının maraqlarını ayaq altına ataraq dövlət çevrilişi planı hazırlamaq sözün əsil mənasında xəyanətdən başqa bir şey deyil. Şəxsi ambissiyalarını hər şeydən öndə tutan "siyasət alverçiləri" sözssüz ki, dövlət və xalqın gələcəyi barədə düşünə bilməzlər. Məlumdur ki, vaxtı ilə "Milyarderlər İttifaqı", "Milli Şura" kimi tanınan, öz ağıllarınca dövlət içində dövlət yaratmaq cəhdləri artıq tam anlamı ilə ifşa olub. Görünür, bu insanlara Zəfərimiz, Qarabağın və Şərqi Zəngəzərin bərpası, insanlarımızın öz yurdlarına qayıtması deyil, şəxsi ambisiyalarının baş tutması əsas olub. Odur ki, vətəninə, milli maraqlarımıza, dövlətçiliyimizə naxələf çıxan şəxslər bağışlana bilməz. Hər kəs əməlinə, etdiyi qanunsuzluğa görə, layiqincə cəzasını almalıdır. Çünki, sübut olunur ki, Ramiz Mehdiyev statusundan istifadə edərək dövlətin maraqlarına xidmət etmirmiş, şəxsi ambisiyalarını qidalandırırmış. Varlanmaq, hər mənada şöhrət qazanmaq, dövlətin həm maliyyə, həm də inzibati resurslarından istifadə edərək güclənmək, davamında yıxıcı addımlar atmaq əsas amal imiş. Əli Kərimli də bu işdə "bos kordinal"a dəstək olaraq milli maraqlara xəyanət edib. Xalqın iradəsinə zidd olaraq ölkənin konstitusion quruluşunu dəyişmək istəyi isə dövləti cinayətdir.
Nurlan