Nazir Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib
14:43 SiyasətAzərbaycan ABŞ-dan Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ölkəmiz dəvəti alan ilk ölkələrdən biri olub.
"Lakin bizi maraqlandıran məsələlərlə bağlı sorğular göndərmişik. Suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur", - nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31