İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub - Əraqçi
14:14 SiyasətBu gün İran və Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm mədəni və həm başqa sahələrdə müzakirələr aparılıb.
Olaylar.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün ən önəmli razılaşma danışıqlar, məsləhətləşmələrin davam etdirilməsi üçün səfərlərin artırılmasıdır.
"Səyimiz budur ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə artırılması, anlaşılmazlıqların sıfıra endirilməsidir.
İran Azərbaycanla kommunikasiyaların artırılmasına maraq göstərir. Nəticədə iki ölkə arasında ticarət artacaq. Enerji sahəsində də danışıqlar aparılıb" - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31