Müdrik xalqımız heç zaman bu məzlum “siyasətşünasları” ciddiyə almadı- ÖZƏL

"Son hadisələr birbaşa dövlətimizin təhlükəsizliyi və ölkəmizə qarşı irəli sürülən xəyanət iddiasına real baxışlar çərçivəsində hesablanır. Ramiz-Əli cütlüyü artıq ölkə mediasında və bütün kanallarda müzakirə mövzusuna çevrilib. Gündəm yalnız bu məsələdir və bütün siyasi-ictimai çevrələr bu məsələyə ya açıq, ya da qapalı şəkildə münasibət bildirir və qınayırlar". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Ramil Hüseynov deyib: "Belə xoşagəlməz hadisələrin ölkəmizdə baş verməməsi üçün milli dövlətçilik prinsiplərinə uyğun yanaşma tərzi vacib şərtdir. Lakin bəzi insanları dəyişmək mümkün deyil, dünən də, bu gün də, sabah da öz ampluasından çıxa bilmirlər. Ətraflarını da özlərinə oxşadıb püxtələşdirirlər. Yalan, riyakarlıq, şər, böhtan, fitnə- bütün bu mənfi davranışları özündə cəmləşdirən bu narsist siyasətçilər və onların davamçıları ölkə üçün təhlükə mənbəyidir. Səbəb Azərbaycanda milli-mənəvi dəyərlərimizə qarşı çıxan, ailə tərbiyəsi zəif olan, sosial tərbiyədən qidalanan narsist liderlərin təsiri altına düşən bu məzlumların cəmiyyətimizin dəyərlər sisteminə zərbə vurmaq üçün yetişdirilməsidir. Amma bizim müdrik xalqımız heç zaman bu məzlum "siyasətşünasları" ciddiyə almadı. Kimə dəstək və etimad lazım idisə, məntiqi və şüurlu şəkildə onu dəstəklədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31