Milli Məclis qanunvericilik siyasətini formalaşdıran strateji platformadır- ÖZƏL

"Hər bir dövlətin siyasi sistemində, konfiqurasiyasında parlamentin xüsusi çəkisi, rolu vardır. Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin sabitliyində, tərəqqisində və davamlı inkişafında mühüm sütuna çevrilmişdir. Bu mənada Parlament Günü Milli Məclisin keçdiyi şərəfli yolun, milli dövlətçilik ənənələrimizə verdiyi zəngin töhfələrin bayramıdır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Azərbaycan Respublikasının Milli Məclisi müasir dövlət idarəçiliyinin bütün xüsusiyyətlərini özündə cəmləşdirən, qanunvericilik siyasətini sistemli şəkildə formalaşdıran strateji platformadır. Parlamentin funksiyası çoxşaxəlidir. O, həm konsitutsion quruluşun təminatından, həm vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsindən, eyni zamanda ölkənin sosial-iqtisadi inkişafının hüquqi bazasının yaradılmasından ibarətdir.
Keçən müddət ərzində Milli Məclis zamanın tələblərinə cavab verən mütərəqqi, modern və ən əsası milli maraqlara əsaslanan qanunların qəbul edilməsində, dəyişdirilməsində əhəmiyyətli işlərə imza atmışdır. Bu səbəbdən parlamentin qəbul etdiyi qanunlar ölkənin strateji kursunu müəyyənləşdirən ali qurumdur. Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalaraq cənab Prezident İlham Əliyevin xarici siyasət strategiyasını, ölkəmizin prioritetlərinin həyata keçirilməsi istiqamətində mütəmadi olaraq beynəlxalq əlaqələrini genişləndirir, fəaliyyətini şaxələndirir.  Parlamentarilərimiz Parlamentlərarası İttifaqda, ATƏT PA-da, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Türkdilli Ölkələrin Parlament Assambleyasında aktiv şəkildə iştirak edərək milli maraqlarımızın təmin olunmasında müsbət işlərə imza atırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31