Hikmət Hacıyev: “Biz anladıq ki, ABŞ buna tam sadiqdir” – VİDEO

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu fundamental idi. Bu, Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu".

Olaylar.az xəbər verir ki, bunu Qətərdə keçirilən Doha forumunda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan və Ermənistan son 5 ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarlarımla çoxsaylı görüşlərdə iştirak etmişəm. Bəli, bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu, amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətnini və sülhün beş əsas prinsipini qoydu.

Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, Amerika Birləşmiş Ştatları beynəlxalq sülh gündəminə tam sadiqdir. Biz də sülhün geridönməz olması üçün Amerika Birləşmiş Ştatlarının güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq. Fevraldan etibarən Amerika Birləşmiş Ştatları ilə intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm də Azərbaycanla paralel işləməyə başladı. Sonra bütün proseslər birləşdi və nəticə verdi. Vaşinqtondan əvvəl Əbu-Dabi görüşü oldu. Bu, beş saatdan çox davam etdi. Biz orada Vaşinqton prosesinin əsas çərçivələrini razılaşdırdıq. Prezident Donald Trampın fundamental rolu Azərbaycan-Ermənistan sülh prosesində dönüş nöqtəsi oldu", - deyə Hikmət Hacıyev qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31