Hakan Fidan: Azərbaycan və digər müsəlman ölkələriylə sıx əməkdaşlıq aparılır
20:31 Siyasət"Donald Tramp və Benjamin Netanyahu arasında telefon danışığı olmalıdır. Çünki Yaxın Şərqdə sülhü təmin edən əsas amillərdən biri budur".
Teleqraf xəbər verir ki, bunu Doha Forumu çərçivəsində çıxışı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"İndoneziya, Azərbaycan və digər müsəlman ölkələri ilə də sıx əməkdaşlıq aparılır. İlk növbədə İsrail və Fələstin arasında döyüşləri dayandırmaq lazımdır. HƏMAS-ın dərhal silahsızlaşdırılması prosesin ilk addımı ola bilməz, bu mərhələli şəkildə həyata keçirilməlidir", - Hakan Fidan əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31