Azərbaycanda gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən sistem qurulacaq
17:52 SiyasətAzərbaycanda etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlər gücləndiriləcək.
Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.
Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən çevik və şəffaf sistemin qurulmasını həyata keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31