Deputat Gültəkin Hacıbəyli ilə bağlı şok faktları açıqladı- Əmlaklarının siyahısı

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Gültəkin Hacıbəylinin malik olduğu iddia edilən əmlakların siyahısının da əks olunduğu müəllif yazısı yazıb.

Olaylar.az deputatın yazısını olduğu kimi təqdim edir:

"Ay Gültəkin, vay Gültəkin...

Nə günlərə qaldın sən?

Eqo, hikkə, təkəbbür səni haralara qədər endirdi, hansı rəzilliklərə qədər yuvarladı?

Bədbəxt adam!

Bir xəyanət qalmışdı, artıq o mövzuda da ismin keçir... 

Hərgah, niyə və nəyə təəccüblənirik?!

Gültəkin - həmin Gültəkindir ki, bir vaxtlar YAP - ın mitinqində söylədiyi nitqi 10 il sonra nöqtəsinə - vergülünə belə toxunmadan "Milli Şura"nın mitinqində təkrarlamağı bacarıb.

Gültəkin - həmin buqələmundur ki, ingilis dili müəllimliyindən "ingilis bayrağı"na qədər böyük  bir yol qət edib.

Gültəkin - həmin "işbaz"dır ki, vaxtilə deputat seçildiyi dairədəki obyektlərinin sayı seçicilərinin sayından daha çox olub.

Gültəkin - həmin nankordur ki, rəhmətlik Anar Məmmədxanovun yasında: "Hakimiyyət əlimdən hər şeyi alıb, sadəcə aylıq 30 - 40 minlik cib xərci (!) saxlayıb" - şikayətində bulunub. Riyakarcasına. Meşşancasına. Utanmazcasına.

(Haqqında bəhs etdiyi 30 - 40 min isə...kirayə verdiyi obyektlərdən və mənzillərdən gələn vəsait imiş)   

Gültəkin - həmin saxtakardır ki, onu bu gün danışdıran səbəb - nə millət sevgisidir, nə də iddia elədiyi və guya dözə bilmədiyi haqsızlıq.

Onu danışdıran - MANDATSIZLIQDIR! 

Sadəcə və sadəcə mandatsızlıq!

***

Təxminən 2 il əvvəl, Amerikadan veriliş yayımlayan "çeburaşka" (oxu: Sevinc Osmanqızı) Hacıbəyliyə sual ünvanlamışdı ki, necə oldu, müxalifətə keçdiniz?

Adam belə bir cavab vermişdi: "Adımı təmizləmək üçün..."

Riyakar insan!

Gəl, sənə "təmiz" və "sadə" keçmişindən sadəcə qısa ştrix(lər) xatırladım: 

Dövlətdən alınan 3 mənzil.

Dilarə Əliyeva küçəsində (179 və 187 kv.m) 2 mənzil.

Yasamal rayonu, İnşaatçılar Prospektində (72 kv. m) 1 mənzil.

Səbail rayonu, Mehdi Hüseyn küçəsində (120 kv.m) 1 mənzil.

Nəsimi rayonu, Səməd Vurğun küçəsində (150 kv.m) 1 mənzil.

Şeyx Şamil küçəsində ucu - bucağı olmayan ofis.

Mehdiabadda (12 + 12 + 9), Goradildə 30, Xırdalanda 60, Şamaxının Qalebuğurd kəndində 12 sot torpaq.

Goranboyun az qala yarısı, restoranlar, daş karxanaları, su dəyirmanları...

Və daha bilmədiyimiz nələr - nələr...

2 çağırış deputatlıq müddətində icra başçıları, nazirlər, iş adamları sənin əlindən dad çəkib e, dad - ay "təmiz adam"! 

Xəbərin varmı?!

İllərlə çökmüsən, hamının üzərinə. Tutduğundan qamarlamısan, tutmadığını, əlinə keçməyəni isə... ya "qaralamısan" ya şantaj eləmisən, ya da sonrakı etapa saxlamısan - Ramiz "dayı"sının ərköyün balası! 

Fərqindəsənmi?!  

Xatırlayıram, bir dəfə Cəmil Həsənli də oxşar mövzuda pafos üfürmüşdü. Ki, "Prezidentin verdiyi ordendən imtina edirəm..."

Və o zaman dediyim sözləri yenidən bu minsifətlilərin (həm yaramaz Gültəkinin, həm də "siyasi bomj" Cəmilin) yadına salmaq istəyirəm: Cəsarətiniz varsa, deputat kimi dövlətdən aldığınız evlərdən, bağlardan imtina edin. Elə təpərlisinizsə, bəyənmədiyiniz Parlamentin keçmiş mandatından, həmin mandatın sizə qazandırdığı, qazandıracağı imtiyazlardan (konkret: pensiyadan) imtina edin. Hünəriniz çatırsa, 5 - cə il müddətində yırtıcı kimi yağmaladığınız obyektlərdən imtina edin. Əlqərəz, pulla, maddiyyatla bağlı nədənsə imtina edin...

Edərsinizmi? Edə bilərsinizmi? - Əsla!

Çünki, "maraq adamı"sınız. Çünki, sizin "sədaqətiniz" işiniz keçənə qədərdir.

Çünki namərdsiniz, nanəcibsiniz, nankorsunuz!

Çünki xəyanətkarsınız!

***

Ona görə də bilin və agah olun: 

Nə hazırda tökdüyünüz "timsah göz yaşları" köməyinizə çatacaq.

Nə də İstanbuldan, deportasiya otağından açıqlamalar yayıb, 2 dövlət arasındakı münasibətləri şantaj eləməyə yönəlmiş uğursuz, məkrli cəhdləriniz...

***

Gələcəksən, Gültəkin! 

Quzu balası kimi gələcəksən!

Az qaldı.

Əmin ol..."

Elşən Musayev, Milli Məclisin deputatı, 
Demokratik, Maarifçilik Partiyasının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31