Ulu Öndərin fəaliyyətində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub- ÖZƏL

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişafı naminə misilsiz işlər həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib. Gənc nəslin milli-mənəvi dəyərlər ruhda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və azərbaycançılıq duyğularının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31