İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər Zəfərdə böyük pay sahibi olublar- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə xüsusi vüsət almağa başlamış könüllülük hərəkatı milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər nəinki beynəlxalq tədbirlərdə fədakarlıq nümayiş etdirib, hətta Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar. 2022-ci ildən fəaliyyətə başlayan YAP Nizami rayon təşkilatı könüllülər layihəsinin 100-dən artıq məzunu var. Onların böyük əksəriyyəti bu gün də rayon təşkilatının ictimai və sosial həyatında aktiv iştirak edirlər. Ötən dövr ərzində onlara müxtəlif mövzularda onlarla təlimlər keçirilib, "Yay məktəbləri" təşkil edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31