Ankarada Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçiriləcək
13:06 SiyasətMilli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Eldar Quliyev və Anar Məmmədov dekabrın 9-da Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirə qatılacaqlar, səfirlik tərəfindən nəşr olunmuş Ulu Öndərin həyat və fəaliyyətinə dair kitabın təqdimat mərasimində iştirak edəcəklər.
Səfər dekabrın 11-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31