Hicran Hüseynova Türkiyədə deputat həmkarları ilə görüşüb- ÖZƏL
11:23 SiyasətMilli Məclisin deputatı Hicran Hüseynova Türkiyə səfəri çərçivəsində müxtəlif görüşlər keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "TBMM-də Türk qadınının seçmək və seçilmək hüququnun 91-ci ildönümü münasibətilə keçirilən tədbirin ardından, KKTC Cumhuriyyət Məclisinin sədr müavini Fazilət Özdenəfə Kürşat və Şimali Makedoniya Respublikası Məclisinin Qadın və Kişi üçün Bərabər İmkanlar Komissiyasının üzvü İmrliye Saliu-Fetai ilə görüşdük.
Qadınların ictimai-siyasi həyatda fəal iştirakının gücləndirilməsi, gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi yalnız beynəlxalq əməkdaşlıq və həmrəyliklə daha təsirli olur.
Bu istiqamətdə müxtəlif ölkələrdən olan həmkarlarımızla fikir mübadiləsi aparmaq, təcrübə paylaşmaq və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır".
