ABŞ-da Parlament Təhlükəsizlik Forumu keçiriləcək
10:51 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq. Səməd Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər dekabrın 12-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31