Türk qadınlarının dünyada artan rolu qürurvericidir- ÖZƏL
10:23 SiyasətMilli Məclisin deputatı Türkiyə Böyük Millət Məclisinin Qadınlar və Kişilər üçün Bərabər İmkanların Təmin edilməsi komissiyasının sədri xanım Çiğdem Erdoğan Atabek və Türkiyənin Ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaşın dəvəti ilə Türk qadınının seçmək və seçilmək hüququnun 91-ci ildönümünə həsr olunmuş tədbirə qatılıb. "Olaylar" xəbər verir mi, bu barədə Milli Məclisin deputatı Hicran Hüseynova məlumat verib: "Azərbaycan Respublikası Parlamentinin sədri hörmətli Sahibə xanım Qafarovanın və xalqımızın səmimi salamlarını tədbir iştirakçılarına çatdırdım. Dəvətə görə təşkilatçılara Sayın Çiğdem xanıma və xanım Mahinur Özdemir Göktaşa təşəkkür edirəm.
Türk dünyasında qadınların hüquqlarının müdafiəsi, təhsili və ictimai-siyasi həyatda fəal iştirakı bizim üçün ortaq dəyərdir. Həm Türkiyədə, həm də Azərbaycanda qadınların siyasətdə, elm, təhsil, idman və iş dünyasında artan rolu qürurvericidir.
Tariximizin böyük şəxsiyyətləri - Şəfiqə Əfəndizadə, Sürəyya Ağaoğlu, Pəri xanım Sofiyeva kimi nümunələr Türk qadınının gücünü bütün dünyaya göstərir. Bu gün isə ölkələrimizin Birinci xanımları - hörmətli Əminə xanım Ərdoğan və Mehriban xanım Əliyeva qadınların inkişafı üçün mühüm layihələr həyata keçirməklə böyük missiya daşıyırlar.
Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Qadın siyasəti, gender bərabərliyi və milli dəyərlərin qorunması sahəsində əməkdaşlığımız da gündən-günə güclənir. Türk qadınının seçmək və seçilmək hüququnun 91-ci ildönümü mübarək olsun!"