Bərpaolunan enerji mənbələrinə yönəlmiş siyasət- ÖZƏL
15:36 Siyasət"Prezident Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında enerji təhlükəsizliyini regional sabitliyin və iqtisadi inkişafın ayrılmaz hissəsi kimi təqdim etdi. Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi, boru kəməri şəbəkələrinin genişlənməsi və Suriyaya qaz tədarükü məsələləri, Azərbaycanın enerji diplomatiyasını təkcə iqtisadi deyil, həm də geosiyasi alətə çevirdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Bərpaolunan enerji mənbələrinə yönəlmiş siyasət və 2030-cu ilə qədər enerji istehsalının 40%-nin bu mənbələr hesabına təmin olunması planı yaşıl keçidə yönəlmiş strateji baxışın göstəricisidir. Çıxışda yoxsulluğun və işsizliyin 5%-ə endirilməsi, valyuta ehtiyatlarının yüksək səviyyəsi və xarici borcun ÜDM-ə nisbətinin 6.5% olması Azərbaycanın iqtisadi sabitliyə nail olduğunu göstərir. "Moodychr("39")s" və "Fitch" kimi beynəlxalq reytinq agentliklərinin pozitiv qiymətləndirmələri ölkənin investisiya mühitinin əlverişli olduğunu təsdiqləyir.
Xəzər dənizinin su səviyyəsinin azalması məsələsi Prezident tərəfindən regional təhlükə kimi dəyərləndirildi. Problemin əsas səbəbinin iqlim dəyişikliyindən çox insan fəaliyyətləri ilə bağlı olduğu qeyd edilərək, BMT və Xəzəryanı dövlətlər arasında sıx əməkdaşlıq çağırışı edildi. Bu çağırış, ətraf mühitin mühafizəsində regional kollektiv cavabların vacibliyinə diqqət çəkir".
Azərbaycanın 80-dən çox ölkəyə pandemiya zamanı yardım göndərməsi və azad edilmiş ərazilərdə "Böyük Qayıdış" proqramının həyata keçirilməsi ölkənin humanitar siyasətinin həm regional, həm də qlobal miqyasda fəallığını göstərir. Minaların yaratdığı təhlükələr və 400-dən çox insanın mina partlayışları nəticəsində həlak olması, münaqişədən sonrakı mərhələdə beynəlxalq dəstəyə ehtiyac duyulan sahələrdən biri kimi təqdim olundu".