Prezidentin çıxışı Azərbaycanın son beş ildə keçdiyi inkişaf yolunun təqdimatı oldu- ÖZƏL

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son beş ildə keçdiyi qələbə, sülh və inkişaf yolunun qlobal miqyasda təqdimatı oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bu çıxış təkcə Azərbaycanın uğurlarını deyil, həm də beynəlxalq hüququn, ədalətin və qanunun aliliyinin qlobal miqyasda təmin olunmasının vacibliyini nümayiş etdirdi. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın etibarlı tərəfdaşı kimi çıxış edir.
Sosial-iqtisadi nailiyyətlər və qlobal humanitar missiyadan söz açan Prezident vurğuladı ki, yoxsulluğun və işsizliyin tarixi minimuma enməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq reytinq agentliklərinin yüksək qiymətləndirməsi Azərbaycanın inkişaf yolunun göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6,5 faizinə bərabər olması, valyuta ehtiyatlarının isə borcdan 16 dəfə çox olması ölkənin maliyyə sabitliyini sübut edir. Azərbaycan, həmçinin qlobal humanitar yardım siyasəti ilə seçilir.  Pandemiya dövründə 80-dən çox ölkəyə dəstək göstərilməsi bu istiqamətdə nümunədir. İnsani və ekoloji çağırışlar da çıxışın prioritetini təşkil edirdi. Prezident Xəzər dənizinin suyunun sürətlə azalması təhlükəsini beynəlxalq gündəmə gətirərək, bu məsələdə BMT və Xəzəryanı ölkələrin birgə fəaliyyətini vacib saydı. Geoiqtisadi mövqelər və strateji tranzit məsələsi də çıxışın əsas məzmunlarından idi. Azərbaycanın tranzit imkanları - Orta Dəhlizdə yükdaşımaların 90% artması, Ələt limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı və "Rəqəmsal İpək Yolu" layihəsi ölkəmizin regional qovşaq statusunu daha da möhkəmləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31