Rəsmi Bakı Trampın Qəzza münaqişəsinni həllinə dair hərtərəfli planını dəstəkləyib
30 Sentyabr 2025 12:11 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza Münaqişəsinin Həllinə dair Hərtərəfli Planın elan olunmasını alqışlayır.
Bu barədə Olaylar.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Dayanıqlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Məhbusların və girovların dəyişdirilməsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitlik və siyasi həll yolunun açılması üçün vacibdir. Yalnız dialoq və xoş məram vasitəsilə , iki dövlət prinsipli həll yolu əsas götürülməklə, dayanıqlı bir razılaşma əldə edilə bilər,",- deyə bəyanatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31