Azərbaycan milli maraqlarını qlobal miqyasda müdafiə etmək gücündədir- ÖZƏL

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış bir daha sübut etdi ki, ölkəmiz bölgənin və beynəlxalq aləmin etibarlı tərəfdaşıdır, müstəqil və prinsipial siyasət yürüdür, milli maraqlarını qlobal miqyasda müdafiə etmək gücündədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: " Bu çıxışda Prezident İlham Əliyev bir sıra mühüm istiqamətlərə toxundu. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesinin mərhələli şəkildə həyata keçirilməsi və bu fonda mina təhlükəsinin yaratdığı humanitar problemlər əsas diqqət mərkəzində oldu. Bu, Azərbaycanın sülhə və sabitliyə verdiyi töhfənin təkcə regional deyil, həm də qlobal miqyasda necə əhəmiyyətli olduğunu bir daha göstərdi. Azərbaycanın ədalətli mövqeyi Prezident İlham Əliyevin liderliyi ilə indi dünyada daha geniş tanınır və qəbul olunur. Bu çıxış, ölkəmizin prinsipial, konstruktiv və beynəlxalq hüquqa əsaslanan siyasətinin bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31