Azərbaycan, Türkiyə və Şimali Kipr deputatları Türkiyədə bir araya gəliblər
19:38 SiyasətTürkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli toplantısı çərçivəsində nümayəndə heyətlərini qəbul edib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Görüşdə ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub. Kurtulmuş qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişafının vacibliyini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da görüşlə bağlı paylaşım edib. O, təfbirə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb
"Türk dünyasındakı digər ölkələrin də qatılması ilə genişlənməsinə ümid etdiyimiz bu dostluq və qardaşlığın regionumuzda sülh və sabitliyi gücləndirəcəyinə inanıram", - deyə spiker bildirib.