"Kasparovun açıqlaması erməni riyakarlığıdır" – Taleh Əliyev – ÖZƏL

Şahmat üzrə sabiq dünya çempionu, əslən bakılı Harri Kasparov Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib. Kasparov bölgədə qan axmamasını alqışladığını, lakin bunun onun üçün emosional cəhətdən ağır olduğunu bildirib. O, "ermənilərə güzəşt olunacaqmı, az da olsa muxtariyyət veriləcəkmi" sualının hələ də açıq qaldığını qeyd edib, çünki "artıq Qarabağ mövcud deyil və ermənilərə aid torpaq qalmayıb".

"Kasparov Bakılı olsa da, ermənidir və onun bu açıqlamasında da ermənilərin hazırkı durumundan təsirləndiyi hiss olunur. Mən deyərdim ki, Kasparovun açıqlaması bir daha erməni riyakarlığını nümayiş etdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, o, sanki ermənilərə muxtariyyət verilib-verilməyəcəyi məsələsini gündəmə gətirir. Halbuki vaxtilə rusların əli ilə Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan dövləti yaradılıb, digər bir hissəsində isə "muxtariyyət" adı altında torpaqlar mənimsənilib. Halbuki muxtariyyət anlayışı əslində yalnız yerli etnos üçün verilən idarəetmə statusudur, milli status deyil.

Siyasi şərhçi əlavə edib ki, ermənilərin Qarabağa köçürüldüyü tarix də göstərir ki, onlar imperiyanın sərhədlərdə özünə sadiq təbəələr formalaşdırmaq məqsədi ilə 1813-1828-ci illərdə Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalından sonra bu coğrafiyaya gətirilmiş gəlmə xalqdır. Buna görə də onlara hər hansı bir muxtariyyətdən söhbət gedə bilməz. 

"Başqa məsələ budur ki, Azərbaycan dövləti ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması və ölkədə yaşamaq hüququ ilə bağlı rəsmi mövqeyini ifadə edib. Yəni bu qanunlara, qaydalara kim əməl edəcəksə, onlara da vətəndaşlıq verilə bilər. Amma ermənilər üçün ayrıca bir muxtariyyət məsələsi heç bir müzakirə masasının mövzusu ola bilməz", - deyə ekspert əlavə edib.

T. Əliyevin fikrincə, Kasparovun verdiyi açıqlama sadəlövhcəsinə deyil. Daha çox elə yaşadığı ölkənin diktəsi ilə, şovinist təfəkkürlü erməni diaspor təşkilatlarına və Ermənistandakı şovinist dairələrə verilən bir mesajdır. Qan tökülməsinə alqış kimi görünsə də, hesab edirəm ki, o, bu fikirlərində də səmimi deyil. Çünki ermənilər Azərbaycan torpaqlarına yerləşdirildiyi dövrdən etibarən günahsız insanların, sadə azərbaycanlıların qanı bahasına həmin torpaqları əldə ediblər. Və bu gün onların Qarabağda özlərinə məxsus torpaq sahələrinin olmaması tamamilə təbiidir. Çünki torpağın həqiqi sahibi artıq öz torpağındadır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31