Paşinyan və “Ağrı dağı sindromu”- ÖZƏL
22 Sentyabr 11:21 Siyasət"Ermənistanın Baş naziri Nikol Paşinyan məktəblilərlə söhbəti zamanı maraqlı bir fakt açıqlayıb: şagirdlərin 70 faizi ölkənin ən hündür dağı kimi Ağrı dağını göstərib, amma onun Ermənistan ərazisində olmadığını bilməyib. Sonradan həqiqəti öyrənəndə isə uşaqlar təəccüblə soruşublar: "Ağrı dağı Ermənistan Respublikasında deyilmi?" "Olaylar" xəbər verir ki, bunu VHP sədrinin müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Bu epizod bir daha sübut edir ki, Ermənistan cəmiyyətində onilliklər boyu utopik xəyallar və simvolik təsəvvürlər hakim olub. Reallıqla təbliğat arasındakı uçurum isə artıq gənc nəslin düşüncəsinə də sirayət edib.
Paşinyanın bu açıqlaması həm də onun siyasi kursunu göstərir: o, erməni xalqını xəyali torpaq iddialarından uzaqlaşdırmağa, real dünya ilə barışdırmağa çalışan yeganə liderdir. Baş nazir anlayır ki, qonşularla sülh olmadan nə iqtisadi inkişaf, nə də ictimai sabitlik mümkündür. Ermənistanın gələcəyi məhz bu reallığı dərk etməkdən keçir: sülh, əməkdaşlıq və tərəqqi yolundan. Bu fakt bir daha göstərir ki, Paşinyan Ermənistanın qurtaracaq və erməni xalqını utopik xəyallardan uzaqlaşdıracaq yeganə liderdir. O, qonşularla sülh istəyir və yaxşı anlayır ki, inkişaf və tərəqqinin tək mənbəyi sülhdür".