Bu gün müstəqilliyimiz heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır- ÖZƏL

"2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. 2025-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə "Konstitusiya və Suverenlik İli" elan edilməsi mühüm hadisə kimi yaddaşlara yazıldı. Bu dövlət başçımızın müstəqilliyimizə, süverenliyimizə, Ana qanunumuza, xalqımızın birliyinə nə qədər dəyər verməsinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib: ""Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir"-deyən xalqımızın Ümummilli lideri Heydər Əliyevin bütün arzuları bu gün reallığa çevrilib, vəsiyyəti yerinə yetirilib. Ulu öndərin Azərbaycan xalqına bəxş etdiyi qətiyyətli Lider, böyük sərkərdə İlham Əliyevin   iradəsinin nəticəsidir ki, bu gün Azərbaycan bir bütündür, suverendir. Müstəqilliyimiz heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır. Məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində müstəqil, suveren Azərbaycan Ulu Öndərin görmək istədiyi, arzuladığı kimi heç kimdən, heç bir ölkədən asılı deyil, güclü və qüdrətlidir. Bu gün artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Bu gün üçrəngli ay ulduzlu, bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla, əzəmətlə dalğalanmaqdadır və əbədi olaraq dalğalanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31