Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
18:29 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, iki ölkənin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğulayıblar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və "ASAN Xidmət" təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31