Qarabağda antiterror əməliyyatı: dövlətçiliyin güclənməsi və inkişaf perspektivləri - ÖZƏL 

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda antiterror istiqamətində xüsusi əməliyyat həyata keçirdi. Əməliyyat yalnız 24 saat davam etdi və separatçı silahlı birləşmələr müqavimət göstərmədən təslim oldular. Bu hadisə Azərbaycanın suverenliyinin tam bərpası kimi tarixə düşdü və ölkəmizin dövlətçiliyinin və ərazi bütövlüyünün möhkəmlənməsində əlamətdar bir mərhələ sayılır.

Antiterror əməliyyatı Azərbaycanın regiondakı mövqelərinə hansı geosiyasi üstünlüklər qazandırdı? Bu hadisənin ildönümündə Qarabağın gələcək inkişaf perspektivlərini necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
"Antiterror əməliyyatları əlbəttə ki, zəruri idi. Çünki faktiki olaraq Xankəndi və onun ətrafında iyirmidən yaxın erməni terrorçu və separatisti ağır texnika ilə - tanklar, zirehli maşınlar, artilleriya və s- həm də Azərbaycana hədələyirdilər. Bir var ki,  Azərbaycanın ərazisində yaşayırsınız, onun qanunlarını bəyənirsiniz, onun vətəndaşı olmağa hazırlaşırsınız. Bir də var ki, biz burada yaşayacaq, sudan, torpaqdan istifadə edəcək, resursları satacaq, qazanacaq və s, amma sizə biz tabe olmayacağıq. Təbii ki, bu yol verilməz bir şey idi. Çünki Rəsmi Bakı, xüsusilə Prezident İlham Əliyev, bütün imkanları onların qarşısında açdı və dedi ki, gəlin, diyaloqa başlayaq. Öz xüsusi nümayəndəsini təyin etdi. Onlar bir dəfə danışıqa oturdular və göstərdilər ki, xeyr, bunlar kompromis axtarışında deyillər. Əksinə, bunlar tərəfləri birləşdirən yox, vuruşduran məkrli davranışların daşıyıcılarıdır və təbii ki, bu proses ömrü boyu davam edə bilməzdi. 44 günlük müharibə bizim bacarığımızı göstərdi, ordumuzun yüksək keyfiyyətlərini nümayiş etdirdi və artıq onlar gərək özləri üçün nəticə çıxarsaydılar ki, Azərbaycanla daim davranış heç vaxt özünü doğrultmayacaq. Ona görə də qərar verildi ki, minalardan danışmaq, yəni təmizlənmiş ərazilərdə yeni minaların basdırılması prosesi bir neçə polis əməkdaşımızın və mülki vətəndaşımızın həlak olmasına səbəb oldu. Dövlət başçısı burada qərar verdi ki, onlar tərk edilsinlər, təslim olunsunlar və bu baş verdi. Bəli, biz şəhidlər də verdik, ancaq hər halda bu döyüşlər artıq demək olar ki, ikinci Qarabağ müharibəsinin son nöqtəsi idi və həm bölgədə, həm də dünyada Azərbaycanın  gücünü, bacarığını və siyasi manevrliyini nümayiş etdirdi. Çünki Azərbaycan əlindən gələn ideya budur ki, ümumiyyətlə, müharibələr olmasın və digər tərəfdən də Ermənistan danışıqlardan yayılmasın. Ancaq biz gördük ki, ermənilər yox, bir yandan bizə "hə" deyirlər, danışıqlara gedirlər, digər tərəfdən isə separatistləri qızışdırıb ortaya atırlar, onlara silah verirlər və s. Təbii ki, bu döyüşlərin hamısının özünün xüsusi mahiyyəti ondan ibarətdir ki, həqiqətən də Azərbaycanın yeni əsrinin müharibəsini, döyüş qabiliyyətini nümayiş etdirdi, texnologiyalardan istifadə olundu, yeni müasir texnologiyalar, sonra onların komutasiyası bir-birinə əlaqələndirici sistemlərdə bağlanması və s. Bunlar hamısı qarşı tərəfi çox aciz vəziyyətə saldı və biz göstərdik ki, bəli, zamanın çağırışlarını düzgün qəbul edirik və ona görə də qarşı tərəfin üzərində böyük üstünlüyümüz var. Prezident İlham Əliyev həmişə deyir ki, biz özümüzə güvənməliyik, ordumuz güclü olmalıdır, artıq bir dəfə biz yanmışıq - xaricdən təcavüz olunub. Ona görə də biz silahlanmada, qabiliyyətimizi artırmaqda, həyat tərzimizi müəyyən etməkdə yalnız öz baxışlarımızla, idealımızla hərəkət edirik. Həm bölgədə, həm də dünyada göstərdik ki, biz öz suveren hüquqlarından istifadə edən, subyektivliyini təsdiqləyən bir xalqıq və heç kəsdən heç nə tələb etmirik, xahiş etmirik, əl uzatmırıq - Ermənistan kimi deyil.
Bizim fərqli cəhətimiz ondan ibarətdir ki, dövlət başçısının konsepsiyaları və proqram yanaşmaları əsasında ən həm müharibə kampaniyaları udduq. İndi quruculuq, bərpa prosesində Qarabağda fəaliyyət göstəririk və göstəririk ki, biz heç kəsə möhtac deyilik. Düzdür, açıq qapılar siyasəti aparırıq, kim istəyirsə gəlsin, əməkdaşlıq etsin, əlverişli şərait də yaradırıq, amma bütün proseslərin hamısını nəzarətdə saxlayırıq. Çünki belə olmasa, ölkənin maraqları sabit və təminatlı şəkildə qorunmaz. İnkişaf perspektivimiz də çox aydındır. Qarabağda bütün şəhərlər və kəndlər sıfırdan tikilir, yeni texnologiyalara böyük sərmayə qoyulur. Onlarla yaxından əməkdaşlıq edirik. Ərəb ölkələri və digər ölkələrdə texnoloji mübadiləyə başlamışıq. Bərpa olunan enerji qurğularının hamısını müəyyən edirik - hansılar əlverişlidir, hansılardan istifadə etməliyik, yararlanmalıyıq. Bunlar göstərir ki, biz həm də ağıllı şəhər və kəndlərin inşasına başlamışıq. Bu, bizim bu günümüzün gələcəyi üçün mesajıdır və yeni nəsillər bunu anlamalıdır ki, gələcəyin tələbləri ilə hesablaşmalıyıq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31