Ermənistanın özü Azərbaycanın qələbəsini tanıdı- ÖZƏL
11:04 Siyasət"Azərbaycanın beynəlxalq hüquqa söykənən hərbi əməliyyatları nəticəsində 30 ildən artıqdır davam edən və danışıqlar yolu ilə həll edilməyən bir münaqişə öz ədalətli həllini tapdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Dünya, hətta Ermənistanın özü Azərbaycanın qələbəsini nəinki tanıdı, hətta bu münaqişədə İrəvanın günahkar olduğu, vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupunun fəaliyyətsizliyi etiraf olundu. Ölkəmizə qarşı haqsızlıq etmiş, qərəz nümayiş etdirmiş qüvvələr Azərbaycanın gücü qarşısında geri çəkilməyə məcbur oldular. Bütün bunlar Azərbaycanın uzaqgörən lideri, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, Ordumuzun gücü, xalqımızın iradəsi, birliyi nəticəsində mümkün oldu. Bu gün Azərbaycan suveren dövlətdir. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üzrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xöşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca təqdirəlayiqdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, yaxın gələcəkdə Xankəndi tələbə, gənclik şəhəri olacaq".