Putin Zelenski ilə neytral bir ölkədə görüşə bilər- ÖZƏL
10:30 Siyasət"Rusiya və ABŞ prezidentlərinin danışıqları uğursuzluqla nəticələndikdən sonra Vaşinqton Ukraynaya hərbi yardımları intensivlədirib. Artıq Ukrayna Donetsk istiqamətində uğurlu əks-hücuma keçib. D. Tramp ötən gün V. Putini işğalçı adlandırdı. Artıq Rusiya -Ukrayna müharibəsində yeni dönəm başlayıb". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Avropa ittifaqı və ABŞ Rusiyaya yanaşmada müharibə barədə fikir ayrılıqlarını kanara qoyub vahid mövqedən çıxış edir. Rusiyanın Polsa və Rumıniyanın hava sərhəddini pozması proseslərin başlanmasına zəmin yaratdı. D. Tramp Avropada səfərdədir. Bu səfərdə Ukraynaya hərbi yardımlar və müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək. D. Trampın əsas məqsədi Vladimir Putin və Zelenskini görüşdürməkdir. Artan hərbi təzyiqlər fonunda Putin Zelenski ilə neytral bir ölkədə görüşə bilər".