ABŞ Nümayəndələr Palatasından erməni diasporuna ağır zərbə
10:15 Siyasət"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi erməni lobbisinin təsiri ilə hazırlanan qanun layihələrinə düzəlişləri rədd edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Birinci düzəliş - ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, İkinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi. Layihələrin rədd edilməsi erməni diasporu və erməni lobbisi üçün ağır məğlubiyyətdir. Mübarizə davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31