Sərhəd demarkasiyası Tavuşdan deyil, bu bölgədən başlaya bilər – ÖZƏL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində yeniliklərin ola biləcəyini deyib. Sərhədin müəyyən edilməsinə Sünik vilayətinin cənub hissəsindən, yəni Zəngəzurdan başlana bilər.
Sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri Zəngilan və Sünikdə görüşüblər. Bu görüş, əvvəlki bəyanatlarda sərhəd demarkasiyasının Tavuşdan başlayacağı iddiaları fonunda suallar doğurub.

Demarkasiya prosesinin Tavuşdan deyil, Zəngəzurdan başlaması ehtimalı hansı siyasi və strateji səbəblərdən qaynaqlanır?

"İndi üçün Zəngəzurdan demarkasiya prosesini başlatmaq ən qaranlıq nöqtə kimi göstərilirdi. Ermənistan iddia edirdi ki, Azərbaycan 2021-2022-ci illərdə toqquşmalar zamanı Ermənistan ərazisinə daxil olub. İndi isə artıq göründü ki, Ermənistanın bu iddiasının heç bir əsası yoxdur - Azərbaycan onların dediyi kimi əraziyə daxil olmayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, ikinci tərəfdən isə Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. İlk növbədə problem həmin yerdə aradan qaldırılmalıdır. Yəni tərəflərin məqsədi bundan ibarətdir ki, orada maneələri aradan qaldırsınlar və Zəngəzur dəhlizinin açılmasında problem yaşanmasın. Digər istiqamətlərdə isə elə ciddi narazılıq və ya narahatlıq yoxdur. Qalan dörd kənddən biri Naxçıvanda, üçü də Qazax rayonu ərazisindədir. Onlar da demarkasiya prosesində öz həllini tapacaq. 

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan da görür ki, Azərbaycanın mövqeyi əsaslıdır. Azərbaycan istəyir ki, bu məsələ birdəfəlik həll edilsin. Ermənistan da ərazi mübahisələrinin qalmamasında maraqlıdır. Sünik bölgəsinə qədər olan məsələlər tədricən həll olunur. Gələcəkdə də Ermənistan öz səhvlərini anlayacaq və bu məsələlərdəki ziddiyyətlər aradan qalxacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31