İsraildən Suriyaya təhlükəsizlik sazişi təklifi: DETALLAR  

İsrail hökuməti Suriyaya İsrail qoşunlarının Suriya ərazilərinin əksəriyyətindən çıxarılmasını nəzərdə tutan yeni təhlükəsizlik sazişi təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" nəşri öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, söhbət Suriyada hakim rejim dəyişikliyi fonunda İsrail ordusunun "bufer zona" yaratmaq üçün zəbt etdiyi Qolan təpələri bölgəsindəki zonadan gedir. Nəşrin məlumatına görə, müvafiq saziş bu gün Londonda üçtərəfli formatda - İsrail, Suriya və ABŞ (vasitəçi) formatında müzakirə olunacaq. Yeni saziş Qolan təpələri (İsrailin ilhaq etdiyi) və Hermon dağından (Qolan təpələri regionunda vəziyyətə nəzarət etməyə imkan verən strateji əhəmiyyətli yüksəklik) başqa bütün ərazilərdən qoşunların çıxarılmasını nəzərdə tutur.

Bu razılaşma çərçivəsində İsrail və Suriya tərəfində iki kilometrlik hərbsizləşdirilmiş zona təşkil edəcək. Beləliklə, İsrail qoşunları ərazini tərk edəcək, lakin Suriya ordusu orada nə silahlı qüvvələrini, nə də ağır hərbi texnikasını yerləşdirə bilməyəcək. Eyni zamanda Suriya xüsusilə polis və daxili təhlükəsizlik qüvvələrinin iştirakı ilə ərazilərə tam nəzarət edə biləcək. Digər məsələlərlə yanaşı, İsrail hakimiyyəti gələcəkdə İran ərazilərinə zərbələr endirmək imkanını saxlamaq üçün Suriyadan İrana aparan hava dəhlizi almaq istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31