Tramp Rusiyaya qarşı sanksiya tətbiq etməkdən rəsmən imtina edir- ÖZƏL

"Donald Tramp bildirib ki, o, Rusiyaya qarşı sanksiyaları o zaman gücləndirəcək ki,  bütün NATO üzvləri eyni şeyi etsin. Yəni NATO üzvləri və Avropa İttifaqı ölkələri özləri də Rusiyaya qarşı sanksiyaları gücləndirsinlər. Trampa görə Avropanın Rusiyaya tətbiq etdyi sanksiyalar yetərincə təsirli deyil və bu halda onlar ABŞ-dən sanksiyaları gücləndirməyi tələb edə bilməzlər". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: " Beləliklə, Trampın bu bəyanatı o anlama gəlir ki, ABŞ tərəfindən yaxın müddətdə  Putin rejiminə qarşı heç bir sanksiya tətbiq etmedilməyəcək. Çünki o Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməmək üçn səbəb tapıb. Axı Tramp çox gözəl anlayır ki, liderləri Amerika prezidentinin tərəfdarları olan Macarıstan və Slovakiyanın  Rusiyanın enerji resurslarından bu tezliklə imtina etməsi mümkün deyil. 
Üstəlik, indi Avropada Hindistanla böyük iqtisadi razılaşmanın astanasında olduqlarına inandırırlar və  onlar Çinlə iqtisadi qarşıdurmaya hazır deyil. Üstəlik  Avropadan başqa sırada Türkiyə də var. Türkiyə də Avropa ölkələrinin ardınca  böyük ehtimalla Rusiya neftini almağı dayandırmağa razı olmayacaq. Bundan əlavə, bəzi Avropa ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa davam edir. 
Bu vəziyyətdə Tramp Kremlə qarşı sanksiyalar tətbiq etməmək üçün səbənb tapıb. Trampın bu açıqlaması Rusiya tərəfindən necə qiymətləndiriləcək? Bunu Rusiya-Ukrayna cəbhəsində görəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31