Xəzərdə üç dəfə hərbi təlim keçirənlər ismarıclarını almış oldular- ÖZƏL
10:30 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbulunda diqqət çəkən iki məqam var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Birincisi, qəbulun məhz Şusada baş verməsi və orada iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə bu şəhərdə imzalandığının vurğulanmasıdır. İkincisi, bu görüşün 15 sentyabr - Qafqaz İslam Ordusunun Bakının daşnak-bolşevik işğalından qurtarmasının 107-ci ildönümünə təsadüf etməsi və bunun məmnunluqla diqqətə çatdırılmasıdır. Son üç ayda Xəzərdə üç dəfə hərbi təlim keçirənlər fikrimcə, ismarıclarını almış oldular".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31