Minnixanov yenidən Tatarıstanın prezidenti seçildi
17:52 SiyasətTatarıstan Respublikasının hazırkı rəhbəri Rüstəm Minnixanov 88,09 faiz səslə prezident seçkilərində qalib gəlib.
Bu barədə Rrusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçkidə 4 namizəd iştirak edib. Hakim "Vahid Rusiya" Partiyası tərəfindən regionun rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Minnixanovdan başqa Tatarıstan Dövlət Şurasının deputatı Hafiz Mirqalimov, Rusiya Pensiyaçılar Partiyasından Vitali Smirnov və "Baylık" şirkətinin direktor müavini Ruslan İsipov da seçkilərə qatılıb.
68 yaşlı Rüstəm Minnixanov 2010-cu ildən Tatarıstanın rəhbəridir. O, indiyədək iki dəfə - 2015 və 2020-ci illərdə bu vəzifəyə seçilib. 2005-2010-cu illərdə respublikanın baş naziri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31