Aİ səfiri: Vaşinqton razılaşmaları müsbət addımdır – ÖZƏL
12:40 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maragos bildirib ki, təşkilata üzv olmaq üçün qaydalar aydındır - dövlətlər arasında konsensus olmalı və namizəd ölkə rəsmi müraciət etməlidir. Onun sözlərinə görə, Ermənistan hələlik belə bir müraciət etməyib.
Azərbaycan-Ermənistan münasibətlərin gələcək perspektivlərinə toxunan səfir qeyd edib:
"Biz Vaşinqtonda əldə olunmuş razılaşmaları, sülh sazişinin paraflanmasını alqışlayırıq. Bu, irəliyə doğru çox yaxşı əsasdır. Ümid edirəm ki, sülh sazişi yaxın vaxtlarda imzalanacaq. Biz bölgədə sülhün qorunması üçün işləməyə hazırıq. Hər şey region xalqlarından asılıdır, biz isə bu prosesi dəstəkləmək üçün buradayıq".
Azərbaycanın bu sülh prosesinə mane ola biləcəyi ilə bağlı suala isə Maragos belə cavab verib:
"Mən Aİ-nin Ermənistandakı nümayəndəsiyəm. Biz inanırıq və ümid edirik ki, bütün tərəfdaşlar öz öhdəliklərini yerinə yetirəcək".