Paşinyan: “Əgər təhlükəsizliyin əsas aləti ordu olarsa, deməli, təhlükəsizliyin yoxdur” - ÖZƏL

Sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq "Hərtərəfli təhlükəsizlik və qarşıdurma - 2025" konfransında çıxış edib. Olaylar.az xəbər verir ki, o, təhlükəsizlik məsələsində ordunun roluna toxunaraq bildirib: "Əgər təhlükəsizliyinizi təmin edən birinci alət ordu olarsa, deməli, sizin təhlükəsizliyiniz yoxdur. Ordu hətta ikinci, üçüncü, dördüncü, beşinci alət də olmamalıdır. O, təhlükəsizlik məsələsində ən son vasitə olmalıdır. Biz heç fərqinə varmadıq ki, əsgərin çiyinlərinə necə böyük yük qoymuşuq". Paşinyanın sözlərinə görə, "əgər istəyiriksə ki, ordu bizi qorusun, əvvəlcə biz ordunu qorumalıyıq. Əgər istəyiriksə ki, əsgər bizi qorusun, ilk olaraq biz əsgəri qorumalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31