Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
12:01 SiyasətErmənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.
"Olaylar.az" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.
"Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında - red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31