Bakı və Ankara razılaşdırılmış şəkildə, birgə hərəkət edirlər- ÖZƏL
11:38 Siyasət"ŞƏT Zirvəsindən sonra Azərbaycan və Türkiyə rəsmiləri ilə Ermənistan təmsilçiləri arasındakı danışıqlar məncə, əvvəlki prinsip üzrə aparılır. Yəni Bakı və Ankara razılaşdırılmış şəkildə, birgə hərəkət edirlər. Və kommunikasiyaların açılmasına hazırlıqların görüldüyü haqda xəbərlər, Türkiyənin xarici işlər naziri Hakan Fidanın gələn ilin birinci yarısında baş verəcək olaylarla bağlı açıqlaması ilk növbədə Ermənistan vətəndaşlarının vəziyyəti düzgün qiymətləndirmələrinə yardım xarakteri daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Sahib Alıyev deyib: "Amma arxalarında kimin durmasından asılı olmayaraq revanşistlərin Ermənistanda hakimiyyətə gəlmələrinə Azərbaycan istənilən halda seyrçi yanaşmayacaq. Ən yüksək səviyyədə belə bir xəbərdarlıq artıq edilib.
Xatırladım ki, iki gün öncə Ermənistan Prezidenti Vaahn Xaçaturyan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin Vaşinqton razılaşmasına əməl edəcəyinə, ölkəsinin torpaq bütünlüyünə toxunulmayacağına inandığını bildirmişdi. O da, soydaşları da əmin olsunlar ki, Azərbaycan Prezidenti öhdəliyə sədaqətli olduğu kimi xəbərdarlığına da sədaqətlidir. Bunun üçün sadəcə 2022-ci ilin 12-14 sentyabr döyüşlərinin niyə baş verdiyini və ondan öncə hansı xəbərdarlığın edildiyini yadlarına salmaları yetər".