Deputat ölkə ictimaiyyətini Bilik Günü münasibətilə təbrik edib- ÖZƏL

Milli Məclisin deputatı Asif Əsgərov ölkə ictimaiyyətini Bilik Günü münasibətilə təbrik edib. "Olaylar" xəbər verir ki, deputat şəhid və qazi övladlarını xüsusi təbrikini çatdırıb: "Hörmətli müəllimlər, əziz şagirdlər, tələbələr və dəyərli valideynlər! Sizi 15 sentyabr - Bilik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün yeni dərs ilinə qədəm qoyan bütün uşaqlar arasında xüsusi olaraq şəhid övladlarını və qazilərimizin balalarını salamlayıram. Onlar bizim qürur mənbəyimiz, qəhrəmanlarımızın əmanətidir. Azərbaycan xalqı və dövləti hər zaman onların yanında olacaq, gələcəklərinin parlaq olması üçün bütün imkanları səfərbər edəcək.
Əziz şagirdlər və tələbələr, unutmayın ki, bu gün qazandığınız biliklər gələcəkdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkəmizin tərəqqisinə xidmət edəcək. Hörmətli müəllimlər, sizin fədakar əməyiniz isə bu müqəddəs missiyanın həyata keçməsində əvəzsizdir. Dəyərli valideynlər, övladlarınıza aşıladığınız milli-mənəvi dəyərlər bizim gələcəyimizin ən möhkəm dayağıdır.
Yeni dərs ilində hər birinizə möhkəm sağlamlıq, uğurlar və böyük nailiyyətlər arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31